Navigation
Bizimle Elaqe
kemerli@list.ru
Designed by DrD Production
yourname © 2009
Courtesy Open Web
DesignThanks
to Web Hosting Geeks
Umumi
Qazax
Ərazisi - 701 km2
Əhalisinin sayı - 80576
İnzibati mərkəzi - Qazax
Qəsəbələr / Kəndlər
Aşağı Salahlı, Yuxarı Salahlı, Birinci Şıxlı, Omarağalı, Dəmirçili, Kəmərli, Hüseynbəyli, Canallı, Daş Salahlı, Ağ Kö ynək, Qarapapaq, Qaymaqlı, Xanlıqlar, Kosalar, Çaylı, Kom-munna, Ikinci şıxlı, Orta Salahlı, Qazaxbəyli, Aslanbəyli, Aşağı əskipara, Xeyrımlı, Bağa-nıs, Quşçu Ayrım, Məzəm, Dəmirçilər, Ürk-məzli, Alpoud, Abbasbəyli, Cəfərli, Bala Cə-fərli, Barxudarlı, Sofulu, Fərəhli, Qızıl Hacılı, Yuxan Əskipara. .
Qazax... Azərbaycanın ünlü mədəniyyət mərkəzlərindən biri... Dağlar, dərələr, yamaclar göz işlədikcə uzanan düzənliklər obasıdır bu yer. şirin bulaqların həzin zümzüməsi ədalətin sazında dillənir. Ozanlar yurdudur Qazax. Kürdən əsən sərin küləklər bu yerin havasını şəkərə, şərbətə dö ndərir. Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Osman Sanvəlli, Mehdi Hüseyn, Isa Hüseynov, Ismayıl şıxlı, əliağa şıxlinski... Bunlar Qazaxdan çıxan şair, alim, qəhrəman oğulların tam siyahısı deyil... Qazaxın hər qarış torpağı müqəddəsdir. Çünki orada yaxın-uzaq tariximizin pozulmaz izləri bu gün də canlıdır, diridir.
Coğrafi mövqeyi - Rayonun ərazisi dəniz səviyyəsindən 300-800 metr yüksəklikdə yerləşir. Gürcüstan Respublikası ilə 9 km, Ermənistan Respublikası ilə isə 168 km məsafədə həmsərhəddir.
Rayonda mərmər, tikinti daşı, əhəng daşı, sement istehsalı üçün xammal, gil, qum-xır və qurğuşun ehtiyatları mövcuddur. Ərazidə 36 yaşayış qəsəbəsi yerləşir
Unutma
1969-cu ilin mayında Laçın rayonunun Qaragöl yaylağı, Qazax rayonunun Kəmərli kənd ərazisinin bir hissəsi, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazisinin bir hissəsi, Qubadlı rayonunun &CCEDıL;ayzəmi ərazisi – ü mumilikdə 18000 hektar torpaq Ermənistan SSR-ə ilhaq edilir.
»Tarix – »Qan yaddasi
1982-ci ildə Qazax rayonunun Inçədərə yaylağı, Kəmərli Aslanbəyli, Qaynaqlı kəndlərinə məxsus 5000 ha ərazi Ermənistan SSR-ə ilhaq edilir.
»Date – »Comment